Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər


Siyasət 03 İyn 2020 19:54:00 169 0

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcəklər

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.