Yenidən 190 manat vəsait verilə bilər


Digərləri 03 İyn 2020 19:55:12 187 0

Yenidən 190 manat vəsait verilə bilər

190 manatın aztəminatlı ailəyə verilməsi aprel, may ayları üçün idi. İyun ayı üçün bu nəzərdə tutulmurdu.

Son.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Sözçü 190 manat yardımın yenidən verilməsini istisna etməyib:

"İndi adamların iş rejimi tam bərpa olunub, işləməyə başlayıblar. Amma yenidən bu bəzi məhdudiyyətlər olduğuna görə ola bilər ki, bu məsələ yenidən aktuallaşsın və yenidən müzakirə olunsun". 

Təhməz Təkin Son.az