Ramin Bayramlı: "Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır"


Digərləri 03 İyn 2020 19:27:00 176 0

Ramin Bayramlı: "Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır"

Koronavirus xəstələrinin sayı artıqca ağır xəstələrin də sayı artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 325 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb: "Yeni yoluxma sayının artması hər kəsi naraht edir. Bu gün 5 nəfər vəfat edib. İndiyədək ölkə üzrə 6260 nəfər koronavirusa yoluxub, 76 nəfər ölüb, 365 nəfər sağalıb. Hazırda 2519 nəfər aktiv koronavirus xəstəsi var. Onların yarıdan çoxu Bakının payına düşür".