Şənbəbazar günləri hərəkət tam məhdudlaşdırıla, mağazalar bağlana bilər


Digərləri 03 İyn 2020 19:16:00 132 0

Şənbəbazar günləri hərəkət tam məhdudlaşdırıla, mağazalar bağlana bilər

İstirahət günləri karantin rejimi sərtləşdirilə bilər.

Son.az xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O, həftə sonları tam məhdudlaşdırılmaya keçiriləcəyini bildirib:

"Artıq məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Belə bir fikir var ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 5-ə qədər, müxtəlif saatlar ola bilər, səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, ictima nəqliyyatın, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın, iş rejimləri məhdudlaşdırılsın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın". 

Təhməz Təkin Son.az