İtaliya sərhədlərini açdı, regionlar arası səyahət məhdudiyyətləri ləğv edildi


Dünya 03 İyn 2020 18:10:52 180 0

İtaliya sərhədlərini açdı, regionlar arası səyahət məhdudiyyətləri ləğv edildi

Bu gündən etibarən Avropa İttifaqına (Aİ) üzv 26 ölkədən, həmçinin İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələn turistlərin İtaliyaya girişi ilə bağlı qadağalar ləğv olunur.

Son.az APA-ya istinadən xəbər verir ki, ölkəyə gələnlərin əksəriyyətindən 14 günlük karantinə getmək tələb olunmayacaq. 

İtaliyanın üç böyük şəhəri - Milan, Roma və Neapola beynəlxalq uçuşlar bərpa olunur. 

Ölkənin regionları arasında səyahət məhdudiyyətləri ləğv edilib.

Qadağaların aradan qaldırılmasını elan edən İtaliyanın Baş naziri Cuzeppe Konte televiziyada çıxışı zamanı koronavirusa yoluxma riskinin arta biləcəyini deyib: "Ancaq biz bunu qəbul etməliyik, əks təqdirdə yenidən işə başlaya bilməyəcəyik".