AMEA-da yeni təyinat olub


Sosial 03 İyn 2020 16:53:51 181 0

AMEA-da yeni təyinat olub

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyinat olub.

Xuraman İsmayılova

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki,AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə MEK-in direktor müavini vəzifəsinə Xuraman İsmayılova təyin edilib.

Məlumat üçün bildirək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.

Qeyd edək ki, X.İsmayılova bundan əvvəl MEK-də bölmə rəhbəri vəzifəsində çalışırdı.