Ermənistanda 12 nəfər koronavirusdan öldü
Dünya 03 İyn 2020 16:28:00 140 0
Ermənistanda koronavirusa yoluxanların sayı 10 524 nəfərə çatıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 515 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 170 nəfər koronavirusdan ölüb, 6 900 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Mənbə: milli.az