Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib


Digərləri 03 İyn 2020 15:55:00 156 0

Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib

2020-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,0 faiz azalaraq 3 milyard 085,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.