Bilgəhdə dənizdə batan "Jeep" çıxarılıb


Digərləri 03 İyn 2020 16:09:00 179 0

Bilgəhdə dənizdə batan "Jeep" çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı qumluq ərazidə 1 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Jeep" markalı minik avtomobili dalğanın təsiri nəticəsində təxminən 30 metrə qədər dənizin içərisinə doğru hərəkət edib.

Həyata keçirilən tədbirlər nəticəsində içərisində 1 nəfərin olduğu avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.