Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başlayıb


Digərləri 03 İyn 2020 15:44:00 186 0

Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardonu bıçaqlamaqda təqsirləndirilən Abutalub Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirəndirilən şəxsin anket məlumatları dəqiqləşdilib.

Məhkəmə baxışı iyunun 16-a təyin edilib. 

Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A. Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və  1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onlar daha sonra xəstəxanadan evə buraxılıblar.