Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər


Dünya 03 İyn 2020 15:26:00 146 0

Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

Keniyada polislər koronavirusa görə elan edilən komendant saatına əməl etməyən vətəndaşları öldürüblər.

Son.az oxu.az-a istinadən bildirir ki, "Anadolu" agentliyi ölkənin Müstəqil Polis Nəzarəti qurumunun (IPOA) başçısı Anne Makorinin açıqlamasına istinadla xəbər yayır.

Onun bildirdiyinə görə, küçəyə çıxma qadağasına əməl etməyən 15 mülki şəxs öldürülüb, 31 nəfər polis tərəfindən işgəncəyə məruz qalıb. Mart ayından bəri polislərlə bağlı 81 şikayət daxil olub.

Makori qeyd edib ki, məsələnin aydınlaşdırılması üçün araşdırma başlanıb.