UNICEF Azərbaycanda Milli Uşaqların İnkişaf Strategiyasının təsdiqini alqışlayır


Siyasət 03 İyn 2020 14:29:34 150 0

UNICEF Azərbaycanda Milli Uşaqların İnkişaf Strategiyasının təsdiqini alqışlayır

UNICEF Azərbaycanda yeni onillik Milli Uşaqların İnkişaf Strategiyasının təsdiq edilməsi haqqında Prezidentin dünənki Fərmanını alqışlayır

UNICEF Azərbaycanda yeni 10 il üçün nəzərdə tutulanMilli Uşaqların İnkişafStrategiyasının təsdiq edilməsi haqqındaPrezident İlham Əliyevin iyunun 2-də imzaladığıFərmanı alqışlayır.

Report xəbər verir ki, bu barədə qurumun Azərbaycandakı nümayəndəliyinin açıqlamasında bildirilir.

"UNICEF Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Uşaqların MilliFəaliyyət Planının tamamlanması üçün sıx əməkdaşlıq edir. Bu plan yeni Strategiyanıaydın müəyyən edilmiş siyasətə və proqram tədbirlərinə çevrilməsinə köməkedəcək. Bu tədbirlərin Azərbaycanda hər bir uşağın rifahı naminə həyata keçirilməsiüçün, UNICEF bundan sonra da hökumətə texniki dəstəyini göstərəcək vəəməkdaşlığı davam etdirəcək", - açıqlamada qeyd olunur.