Moskvada bir uşaq Kavasaki sindromundan öldü


Dünya 03 İyn 2020 14:34:00 153 0

Moskvada bir uşaq Kavasaki sindromundan öldü

Kavasaki xəstəliyi koronavirus pandemiyası dövründə uşaqlarda rast gəlinən xəstəlikdir. Həkimlər hesab edir ki, bu xəstəlik koronavirusun uşaqlarda gedən formasıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, 2 yaşlı Marusyada koronavirus antiteli testi müsbət çıxıb, uşağa kavasaki diaqnozu qoyulub.

Qız xəstəxanaya 39 dərəcə qızdırma ilə daxil olub. Qızdırma 5 gün idi ki, düşmürdü.

Ayaqları və qolları qəribə səpkilərlə örtülmüşdü.

Baxmayaraq ki, uşağın anası internetdən araşdırmasında Kavasakidən şübhələnmişdi, həkimlər kəskin allergiya kimi qəbul ediblər.

Uşaqda boğulma və burun damarlarının partlaması baş verdikdə isə onu reanimasiyaya qaldırdılar. Orda isə görülən tədbirlər uşağı xilas edə bilmədi.