Bu il Şahdəniz yatağı üzrə gəlirlər açıqlanıb


Digərləri 03 İyn 2020 14:47:00 150 0

Bu il Şahdəniz yatağı üzrə gəlirlər açıqlanıb

Azəri-Çıraq-Günəşli (AÇG) yatağından bu il (01.01.2020 - 01.06.2020 tarixinə) 2 106 mln. dollar gəlir əldə edilib.

Dövlət Neft Fondundan Son.az-a verilən məlumata görə, eyni dövrdə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 120 mln. dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər də açıqlanıb. Yanvar-may aylarında bu yataq üzrə qaz satışından 66 mln. dollar gəlir əldə edilib.