Polşada prezident seçkisinin tarixi açıqlandı


Dünya 03 İyn 2020 13:52:09 165 0

Polşada prezident seçkisinin tarixi açıqlandı

Eljbet Vitekin açıqlamasından sonra Polşada seçki kampaniyası başlayıb.

Polşada növbəti prezident seçkisi iyunun 28-də keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu iyunun 3-də Polşa parlamentinin Aşağı Palatasının sədri Eljbet Vitek bildirib.

“Prezidenti seçkisi 2020-ci il iyunun 28-i bazar gününə təyin edilib”, o deyib.

E.Vitekinsözlərinə görə, ölkənin Dövlət Seçki Komissiyası seçkinin keçirilməsi qərarını dəstəkləyib.

Artıq Polşada seçki kampaniyası başlayıb.