Toy və yas mərasimlərinin keçirilməsi vaxtı ilə bağlı


Digərləri 03 İyn 2020 13:44:00 171 0

Toy və yas mərasimlərinin keçirilməsi vaxtı ilə bağlı

Yaxın zamanlarda yenidən təmtəraqlı toy mərasimlərinin keçirilməsini görmək istəyiriksə, o zaman pandemiya ilə bağlı tətbiq edilən qaydalara və tövsiyyələrə ciddi əməl etməliyik.

Son.az bildirir ki, bunu "Ölkə.Az"a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bu gün insanlarımız koronavirus infeksiyasını ilə bağlı tətbiq edilən qaydalara və tövsiyyələri pozaraq, ciddi əməl etmirlər.

"Biz ictimai yerlərdə, avtobus, metrolarda, ticarət obyektlərində xeyli insanın maskasız gəzdiyinin  şahidi oluruq. Əgər qaydalara və tövsiyyələrə əməl etməyəcəyiksə, o zaman toy və yas mərasimlərində kütləviliyin təmin edilməsi istiqamətində yumşalmanın yaxın gələcəkdə şahidi ola bilməyəcəyik. Bu fikirlər rayonlararası gediş-gəlişlərə, yay istirahət mərkəzlərində istirahərlərlə bağlı məsələlərə də aiddir. Bu, biz insanlardan asılıdır"- baş infeksionist  qeyd edib.  O əlavə edib ki, dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir, maliyyə vəsaiti ayırır, hətta modul tipli müasir xəstəxanalar tikir, lazımi tibbi avadanlıq və ləvazimatları alır və sair: "Qalır insanlarımızn qayda və tövsiyyələrə əməl etməsi. Əgər əməl etsək, qısa zamanda  epidemiya  aradan qalxar".   Son günlərdə epidemiyaya yoluxma hallarının artmasına gəldikdə baş infeksionist bildirib ki, qaydalara əməl etməsək, epidemiyaya yoluxanların sayı artacaq: