"Burnumu üç dəfə əməliyyatı etdirmişəm"


Şou-biznes 03 İyn 2020 12:24:00 188 0

"Burnumu üç dəfə əməliyyatı etdirmişəm"

"Burnum bahalıdır, üç dəfə əməliyyat etdirmişəm. Bu da öz günahımdan, naşılığımdan olub".

Son.az medicina.az-a istinadən bildirir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli ARB səhər şousunda qonaq olarkən deyib.

Teleaparıcı keçirdiyi plastik əməliyyatlarından söhbət açıb:

"Birinci dəfə rinoplastika əməliyyatı etdirəndə cərraha dedim ki, burnuma çox müdaxilə etməyin. Kənardan baxanda bilinməsin ki, əməliyyat olunub. Dedim ki, kənarlarından yığın, həkim isə bildirdi ki, ucuna da əl vurmalıyam. Həkimlə həkimlik etdim (gülür - red.), mən deyən kimi əməliyyat etdi.

Bir neçə ildən sonra nəfəs almaqda problemlərlə üzləşdim. Məcbur olub getdim "lor" həkimin yanına. Nəfəs almamı düzəltdi, estetik cəhətdən isə köhnə burnum qaldı. Əl dəymədi.

Sonra gördüm ki, burnumda heç bir dəyişiklik yoxdur. "Atalar üç dəfədən deyib" getdim üçüncü dəfə əməliyyat etdirdim. Amma artıq əməliyyatlara "stop" qoymuşam.