Moskva Dövlət Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək


Digərləri 03 İyn 2020 12:01:00 214 0

Moskva Dövlət Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı  ilə  AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) arasında tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, MDU-nun Bakı filialının "Tətbiqi riyaziyyat" fakültəsinin IV kurs tələbələri 2020-ci ilin 31 avqust - 12 sentyabr tarixlərində İTİ-də istehsalat təcrübəsi keçəcəklər.

İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanacaq.   O cümlədən tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi bacarıqları inkişaf etdiriləcək.