Quru öskürək koronavirusun əlaməti ola bilər


Digərləri 03 İyn 2020 12:09:00 144 0

Quru öskürək koronavirusun əlaməti ola bilər

"Quru öskürək koronavirusun əlaməti ola bilər".

Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Həkim hansı hallarda öskürəyə görə koronavirus qorxusu ilə yaşamağın əsassız olduğunu açıqlayıb:

"Həmin vətəndaşda quru öskürək bundan əvvəl də olubsa, illərdir varsa və yaxud koronavirus dönəmi ilə bağlı deyilsə və əlbəttə ki, allergik deyilsə, koronavirusdan şübhələnmək olar. Lakin allergiya ehtimalı varsa, allergiya ilə bağlı ola bilər. Digər tərəfdən xüsusilə təzyiq dərmanları var ki, o təzyiq dərmanları özləri quru öskürək yaradır, yan təsir kimi. Yəni, bu halda qorxusu yoxdur, amma narahatedici öskürək var".