Ermənistanda polis bazarı bağladı


Dünya 03 İyn 2020 11:51:42 169 0

Ermənistanda polis bazarı bağladı

Polis bazarı iyunun 6-dək bağlı qalacaq

Ermənistan polisi Ararat vilayətində yerləşən“Meymandar” kənd təsərrüfatı məhsullarının topdansatış bazarını bağlayıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunuErmənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

O deyibki, polis iyunun 3-də gecə saatlarında bazarda əməliyyat keçirib. Hökumət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayan 30 nəfər saxlanılıb. N.Paşinyanın sözlərinə görə, hadisə ilə bağlıcinayət işi başlanılıb.

“Bazar bağlanıb. Gecə xüsusi əməliyyat keçirilib. Dünənki hadisələrlə bağlı cinayət işi başlayıb”, - deyə baş nazir yazıb.

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin qərarına əsasən, bazarda fövqəladə vəziyyət rejimində komendant saatı və ərzaq məhsulları təhlükəsizliyinin qorunması normaları pozulub. Ona görə də bazar iyunun 6-dək bağlı qalacaq.