Azərbaycanda məcburi dövlət sosial haqları müvəqqəti azaldılıb


Siyasət 03 İyn 2020 11:16:55 176 0

Azərbaycanda məcburi dövlət sosial haqları müvəqqəti azaldılıb

Azərbaycanda sahibkarlar bu il aprelin 1-dən dekabrın 31-nə qədər məcburi dövlət sosial haqlarını güzəştlə ödəyəcək

© Report

Azərbaycanda sahibkarlar bu il aprelin 1-dən dekabrın 31-nə qədərməcburi dövlət sosial haqlarını güzəştlə ödəyəcək.

"Report" xəbər verir ki, bununla bağlıPrezident İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Beləliklə, bu ilin 9 ayı üçünsahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. 2021-ci ilyanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər isə əvvəlki qaydada -sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarınınBakı şəhərində 100 faizi,Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,digər şəhərlərdə 80 faizi,rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi,kənd yerlərində isə 50 faizi miqdarındaməcburi dövlət sosial sığorta haqqıödəniləcək.