Danışan FOTO


Dünya 03 İyn 2020 11:04:00 181 0

Danışan FOTO

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı çəkilən foto maraq doğurub.

Son.az The Sun-a istinadla bildirir ki, Kaliforniya ştatının Lonq Biç şəhərində çəkilən fotoda polisin çiynində uşaq olan etirazçıya silah tuşlaması əks olunub.

Richard Grant adlı fotoqrafın lentə aldığı şəkil qalmaqal yaradıb. O, açıqlamasında bildirib ki, fotonun bu qədər müzakirə olunacağı ağlına gəlməyib.

Foto Twitter-də 125 min dəfə retvit edilib və 260 mindən çox insan tərəfindən bəyənilib.