"Improtex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi


Digərləri 03 İyn 2020 10:45:00 189 0

"Improtex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi

BMW şirkəti ekoloji avtomobillər sahəsində inkişaf etməkdə davam edir. Elektrifikasiya avtomobil sənayesinin inkişafının əsas trendlərindən biridir. Elektromobillərə tələbat getdikcə artır, onlar hər il bütün dünyada yeni azarkeşlər əldə edirlər. Avtomobil həvəskarları üçün xoş xəbər "Improtex Motors" şirkətinin BMW Group ilə Azərbaycanda hibrid və tam elektrik avtomobillərinin təqdim edilməsi haqqında müqavilə bağlamasıdır. Bu isə o deməkdir ki, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olublar. BMW eDrive texnologiyasının davamlı inkişafı, avtomobilin tamamilə elektrik olduğu halda belə sükan arxasında olmaqdan əsl zövq almağa imkan verir.

Artıq bu gün "Improtex Motors" şirkəti çox gözlənilən BMW X5 xDrive45e - tam elektrik rejimində sürmək imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.

Tam ötürücülü BMW X5 xDrive45e 3 litrlik benzin mühərrikli "BMW EfficientDynamics"-dən ibarət olan 6 silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) "BMW eDrive" elektrik mühərriki ilə təchiz olunmuşdur. Ümumilikdə mühərriklər 290 kVt (394 at gücündə) 600 N⋅m maksimal fırlanma anına malikdirlər.  Ən son nəsil Steptronic 8 pilləli avtomatik ötürmə sistemi və BMW xDrive intelektual idarəetmə sistemi sayəsində tork bütün dörd təkərlərə ötürülür, həm elektrik enerjisi ilə işləyərkən həm də daxili yanma mühərriklərindən istifadə edərkən.

Yeni BMW X5 xDrive45e-nin 100 km/saat sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə 235 km/saatdır. Krossover elektrik rejimində  110-135 km/saat sürətlə hərəkət edə bilir. 30 km/saat sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş BMW X5 xDrive45e onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.

BMW X5 xDrive45e akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 km səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kvt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir.

Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 km təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.

Yüksək gərginlikli batareya elektrik mühərriki və güc elektronikası ilə yanaşı, BMW i avtomobillərinin yaradılması zamanı istifadə olunan BMW eDrive texnologiyasının əsas elementidir. 8 moduldan ibarət olan, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdə BMW zavodunda istehsal olunur.