Bakıda 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra ölüb


Digərləri 03 İyn 2020 10:24:00 157 0

Bakıda 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra ölüb

Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.