Cəlilabadda 9cu sinif şagirdi çayda boğulub öldü
Digərləri 03 İyn 2020 10:09:00 154 0
Cəlilabad rayonunda yeniyetmə çayda boğulub.
Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.
Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: milli.az