“Merkuri” BOKT-un xalis mənfəəti 3 dəfə artıb


İqtisadiyyat 03 İyn 2020 09:56:06 145 0

“Merkuri” BOKT-un xalis mənfəəti 3 dəfə artıb

“Merkuri” QSC bank olmayan kredit təşkilatı 2019-cu ili 205 min manat xalis mənfəətlə başa vurub

“Merkuri” QSC bank olmayan kredit təşkilatı 2019-cu ili 205 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 3,2 dəfə çoxdur.

Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 256 min manat (əvvəlki ilə nisbətən 3,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 51 min manat (3,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 3,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,9% çoxdur. Bunun 3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 9,2% kiçilib.

Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 0,4% azalaraq 2,6 milyon manata düşüb, balans kapitalı isə 17,7% artaraq 986 min manata çatıb.

Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla İlqar Quluzadə və Səbuhi Əzizovdur.