Həyətində narkotik bitkilər becərən şəxs tutuldu


Sosial 03 İyn 2020 09:47:01 144 0

Həyətində narkotik bitkilər becərən şəxs tutuldu

Xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlərNazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək