“Mən “div” doğulmuşam, Aygün isə “diva”dır”


Şou-biznes 03 İyn 2020 09:49:00 181 0

“Mən “div” doğulmuşam, Aygün isə “diva”dır”

Əməkdar artist Elza Seyidcahan gündəmi çalxalayacaq açıqlamalar verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "7 canlı" axşam şousunda qonaq olan sənətçiyə verilişinin heyəti tərəfindən zərflər təqdim olunub.

Elza zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli idi. İlk zərfdə yazılan "Ən çox hiti olan müğənni" sözləri üçün müğənni Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımovanın adlarını çəkib.

İkinci zərfdəki "Yalançıdır" sözünə isə Seyidcahanın cavabı belə olub: "Monitorda olan müğənnilər arasında həmin yalançı var. Özü də ağ yalançıdır. Amma adını demək istəmirəm. Adı lazım deyil baş hərfi "Y", yəni yalançı".

Üçüncü zərfi açıb "Diva" sözünü görən Elza kameranın onu yaxından çəkməsini xahiş edərək, fikirlərini belə davam etdirib: "Diva" Aygün Kazımovadır. "Div" də olur, "diva" da. "Diva" div sözündən yaranıb. Mən "div" doğulmuşam. Daha "A"ya ehtiyac yoxdur. Aygün Kazımovanın adı "A" hərfi ilə başladığı üçün "div" sözünün sonuna "A" hərfi gəlib, olub "Diva".