Bu gündən BU YERLƏRDƏ maska taxmayanlar cərimələnəcək


Digərləri 03 İyn 2020 09:04:00 161 0

Bu gündən BU YERLƏRDƏ maska taxmayanlar cərimələnəcək

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Milli məclisin qəbul etdiyi qanununu imzalayıb və həmin qanun bu gündən qüvvəyə minir. Qanuna əsasən, tələb olunan yerlərdə maska taxmayan vətəndaşlar cərimələnəcəklər. Bu qaydanın qəbul edilməsində məqsəd ölkədə koronaviirusa yoluxma hallarının artım tempinin qarşısını almaqdır.

Son.az xəbər verir ki, maska taxılmasının mütləq tələb edildiyi məkanlar aşağıdakılardır:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;