Biləsuvar sakini kafedə qətlə yetirilib


Sosial 03 İyn 2020 08:58:02 158 0

Biləsuvar sakini kafedə qətlə yetirilib

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlubıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.