ABŞda etiraz aksiyaları zamanı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb


Dünya 03 İyn 2020 08:31:00 148 0

ABŞda etiraz aksiyaları zamanı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb

ABŞ-da afroamerikalı Corc Floydun ölümündən sonra son günlər keçirilən etiraz aksiyaları zamanı azı 11 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "KTLA" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, etiraz aksiyaları zamanı ölümlər Çikaqo (İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaha (Nebraska ştatı), Devenport (Ayova ştatı), Oklend (Kaliforniya ştatı) və Luisvill (Kentukki ştatı) şəhərlərində qeydə alınıb. Ölənlərin əksəriyyəri afroamerikalılardır.

Telekanalar həmçinin bildirir ki, etiraz aksiyaları zamanı yüzlərlə insan xəsarət alıb. Xəsarət alanların dəqiq sayı bildirilmir.

"Associated Press" agentliyinin son hesablamalarına əsasən, son bir neçə gün ərzində ABŞ-da etiraz aksiyaları zamanı təxminən 4,4 min nəfər həbs edilib.