ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib


Dünya 03 İyn 2020 08:37:00 216 0

ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib

ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Maliyya naziri Stiven Mnuçin qeyd edib ki, ABŞ bu "korrupsiya rejimini dəstəkləyənləri və Venesuela xalqının davamlı əzab çəkməsinə töhfə verənləri təqib etməyə davam edəcək".

Məlumata əsasən, sanksiyalar həmçinin bu şirkətlər tərəfindən istifadə edilən dörd neft tankerinə də qarşı tətbiq edilib.