Rusiyada yaşayış evində yanğın nəticəsində 4 nəfər ölüb


Dünya 03 İyn 2020 08:39:00 132 0

Rusiyada yaşayış evində yanğın nəticəsində 4 nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış evində yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, yanğın 18 m² sahəni əhatə edib: "Yanğın yerində 4 nəfərin meyiti aşkar olunub, ölənlər arasında uşaq yoxdur".