Almaniyada koronavirusa yoluxanların sayı 182,3 mini ötdü


Dünya 03 İyn 2020 08:21:13 146 0

Almaniyada koronavirusa yoluxanların sayı 182,3 mini ötdü

Almaniyada son bir gün ərzində koronavirusa yoluxanların sayı 340 nəfərdən çox artıb.

Almaniyada son bir gün ərzində koronavirusa yoluxanların sayı 340 nəfərdən çox artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun informasiyasına əsasən, ölkədə koronavirus 182 370 insanda aşkarlanıb, ölüm hallarının sayı 8 551 təşkil edir.

Qeyd edilir ki, ötən gün ərzində virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 342 artıb. Son sutkada təhlükəli virusdan 29 pasiyent ölüb.

Ölkədə koronavirusa yoluxmuş 167,3 mindən çox insan sağalıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 47 138 nəfərdə təhlükəli virus aşkarlanıb. Şimal Reyn-Vestfaliyada bu rəqəm 38 185, Baden-Vürtemberqdə 34 813 təşkil edir. Berlində COVID-19-a 6 874 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.