NyuYorkda gecə küçəyə çıxmaq qadağası bir həftə uzadıldı


Dünya 03 İyn 2020 08:06:00 143 0

NyuYorkda gecə küçəyə çıxmaq qadağası bir həftə uzadıldı

ABŞ-da Corc Floydun öldürülməsi ilə bağlı etiraz aksiyaları davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində tətbiq edilən gecə küçəyə çıxmaq qadağası bir həftə uzadılıb. Qərarın tətbiq edildiyi saata da dəyişiklik edilib. İlk olaraq gecə küçəyə çıxmaq qadağasının 23.00-dan tətbiq ediləcəyi bildirilsə də, qərar 20.00-dan olmaqla dəyişdirilib.

Nyu-York meri Bil de Blasio şəhərdə baş verən hadisələrdə polisə hücum edənlərə qarşı sərt tədbirlərin görüləcəyini bildirib:

"Polis məmurlarına hücumları görürük, bu qəbul edilməz haldır. Bunlar Nyu-York sakinləri ola bilməz, polisə hücum edən hamımıza hücum etmiş sayılır".