Meylim üzündəki qara xaldadır...


Digərləri 03 İyn 2020 07:55:00 196 0

Meylim üzündəki qara xaldadır...

Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri ayaq saxlamağa vadar edir, sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırır. Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al qırmızı lalələr İsmayıllıda füsunkar mənzərə yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, Talıstan kəndinin ətrafında dəmyələrdə əkilmiş sinəsi laləli taxıl sahəsi - bu əsrarəngiz gözəllik görənlərin marağına səbəb olur.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.