Yeni Atlantik qasırğalar mövsümündə 6dan 10dək qasırğa gözlənilir


Dünya 03 İyn 2020 07:14:00 161 0

Yeni Atlantik qasırğalar mövsümündə 6dan 10dək qasırğa gözlənilir

İyunun 1-də Atlantik qasırğalar mövsümü başlandı. Bununla əlaqədar, federal hakimiyyət orqanlarının və Amerika ştatları administrasiyalarının nümayəndələri fövqəladə vəziyyətlərdə fəaliyyət planının yenilənmiş versiyasını dərc ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci il mövsümündə qasırğaların intensivliyinin əvvəlki illərə nisbətən bir neçə dəfə çox olacağı gözlənilir. ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin proqnozuna görə, gözlənilən 13-19 fırtınanın 70 faizi 6-dan 10-dək qasırğa əmələ gətirəcək.

Kolorado Dövlət Universitetinin Meteoroloji Proqnozlaşdırma Mərkəzi 14 tropik fırtına, 8 qasırğa və 4 şiddətli qasırğa gözləyir.

Ötən il mövsümün ən güclü fırtınası "Dorian" qasırğası olub. O, Baham adalarına və yaxınlıqdakı rayonlara böyük ziyan vurub.