Gürcüstan erməni turistlər üçün sərhədləri açmayacaq


Dünya 03 İyn 2020 03:30:00 158 0

Gürcüstan erməni turistlər üçün sərhədləri açmayacaq

Gürcüstan öz sərhədlərini koronavirusun yayılma riski çox olan ölkələrdən, o cümlədən Ermənistandan gələcək turistlər üçün açmayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat yayıb.

Onun sözlərinə görə, turistlər, ilk növbədə, "yaşıl zona" ölkələrindən qəbul olunacaq.

Hazırda Gürcüstanın turizm departamenti bu istiqamətdə iş aparır. Koronavirusun yayılma riski az olan ölkələrlə müqavilə imzalanacaq. Turistlərin hansı test-yoxlamaların keçirilməsi prosedurları da hazırlanır.

Hər bir turist sərhədi keçməmişdən 48 saatdan gec olmayaraq, test-yoxlamadan keçməlidir.

Gürcüstan sərhədini keçərək ölkəyə daxil olduğu anda hər bir turist üzərində müşahidə aparılacaq.