Fırtına Tac Mahalı dağıtdı FOTO


Dünya 03 İyn 2020 02:30:00 191 0

Fırtına Tac Mahalı dağıtdı  FOTO

Hindistanın Aqra şəhərində yerləşən dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal kompleksi zədələnib.

Son.az xəbər verir ki, ölkənin şimalında hökm sürən fırtına tarixi tikiliyə zərər vurub.

NDTV kanalının məlumatına görə, kompleksin türbəsindəki əsas və daha sonra əlavə edilən bürclər, eyni zamanda əsas giriş qapısı fəsada uğrayıb. Kompleksin qübbələrini təmizləmək üçün qurulan qüllələrin aşması nəticəsində həyətdəki mərmərlər parçalanıb. Güclü külək isə bağdakı ağacları aşırıb.

Hindistan Arxeoloji Analiz Qurumu Tac Mahala 26 min 500 dollar dəyərində zərər dəydiyini hesablayıb.