Koronavirusa yoluxmuş əməkdar artistimiz: "Danışarkən cümləni bitirməyə gücüm çatmırdı" FOTO


Kriminal 03 İyn 2020 01:30:00 67 0

Koronavirusa yoluxmuş əməkdar artistimiz: "Danışarkən cümləni bitirməyə gücüm çatmırdı"  FOTO

Koronavirusa yoluxmuş əməkdar artist Sərvər Əliyev: "Bu xəstəlik var, özü də bir bəladır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Koronavirusla mübarizə, karantin tədbirləri, insanların bir qisminin xəstəliklə ölüm-dirim mübarizəsi aparması dünya tarixində yeni bir səhifədir. Maraqlıdır ki, buna inanmayanlar da var. Hətta tez-tez "niyə bizim ətrafımızdan heç kim bu virusa yoluxmur?" deyənləri də görürük. Ölkəmizdə karantin tədbirləri yumşaldıldıqdan sonra son günlər yoluxanların sayı artmaqdadır.  Onların arasında yaradıcılıqla məşğul olan sənət adamları da var. Müsahibimiz də zamanında koronovirusun varlığına inanmayanlardan idi...

Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev başına gələnlər, koronavirusa necə yoluxması barədə suallarımızı cavablandırdı.   - Deyəsən, əvvəllər koronavirusun varlığına şübhə ilə yanaşırdınız...   - Səmimi desəm, bəli. Şübhə ilə yanaşmağıma baxmayaraq, özümü təcrid etmişdim. Evdən çölə çıxmırdıq, ehtiyac olmadıqca başqa yerə getmirdik. Marketə gedəndə belə spirtlə, əlcəklə, ağızlıqla gedirdik. Özümüzü çox güclü şəkildə qoruyurduq. Karantin qaydaları yumşaldıqdan sonra biz də bir az bu nizam-intizamı yumşaltdıq. Yenə də qaydalara riayət edirdik. 2 ay evdə gərgin karantin qaydalarına əməl etdikdən sonra banka getməli oldum. O gün evdən çıxdım və gördüyüm mənzərə heç də xoş deyildi. Belə ki, bankların qarşısında insanlar toplaşmışdı. Bu insanlar arasında sosial məsafə qorunmurdu, heç bir qayda-qanuna riayət olunmurdu. İnsanlar tıncıxır, maskanı ağzından çıxarırdı... Biri deyirdi "mən xəstəyəm, buraxın gedim", o biri deyirdi "özümü yaxşı hiss etmirəm, getməliyəm" və sair. Mənə elə gəlir ki, bu virusa elə bankda yoluxdum. Əvvəllər polislər bu işlərə nəzarət edirdi. Amma gün keçdikcə insanların hövsələsi daralır və bu qayda-qanunlara riayət olunmur. Mən banka elə bir vaxtda getmişdim ki, insanlara sosial kartlar verilirdi. Buna görə də bankın qarşısında böyük bir növbə düzülmüşdü.   - Nədənsə biz filmlərdən, sosial şəbəkələrdən, mətbuatdan belə xəbərlər alanda, elə düşünürük ki, bizim başımıza belə hadisə gələ bilməz.   - Mən özümü qoruyurdum. Ancaq dırnaqarası baxırdım. Hesab edirdim ki, bu da qripin bir növüdür. Bu virusla bağlı bir çox materialları izlədim. Ancaq oxuduqlarımdan yola çıxaraq içimdə bir inamsızlıq vardı. Bu qədər ciddi olduğunu düşünmürdüm. Mənim böyük qızım hara getməyindən asılı olmayaraq, əlini-üzünü spirtləyirdi. Evdə bütün qaydalara güclü riayət olunurdu.   - Həkimlər sizin sağlamlığınızla bağlı nələr deyirlər?   - Əsas təhlükə sovuşdu. Oksigenim çatmırdı və bunun üçün məni bir neçə gün reanimasiyada saxladılar. Aparata qoşdular. Allah həkimlərimizdən razı olsun. Mən burda həkimlərin vəziyyətini görüb, insanlardan xahiş edirəm ki, heç olmasa, onların əziyyəti xatirinə özlərini qorusunlar. 3 aydır bu həkimlər ailələrini görmürlər. Hər səhər avtobus onları otelə aparır, ordan da xəstəxanaya gətirirlər. Özü də qalın kombinezonda, saçlarından tutmuş, ayaqlarına qədər tərin-suyun içində bizə qulluq edirlər. Təsəvvür edin ki, o paltarlarda bizə sistem qoşur, iynə vururlar. Vəziyyət göründüyündən də çətindir. Həkimlərimiz müharibə qanunları ilə işləyirlər. Burdan sizin vasitənizlə bütün həkimlərə minnətdarlığımı bildirirəm. Hazırda palatadayam, otaqda təkəm və burdan çıxmağa icazə vermirlər. Özümü qorumalıyam. Hər gün xəstəxanaya yeni yoluxan insanlar gətirilir. Onların bir-biri ilə əlaqə qurması, münasibət saxlaması qadağandır. Mən ürək və şəkər xəstəliyindən əziyyət çəkdiyim üçün yenidən o xəstəliyə yoluxa bilərəm. Ona görə də özümü hər şeydən təcrid etmişəm.   - Yəqin ki, elə bu xəstəliklərə görə də virusa tez yoluxmusunuz.   - Həkimlər deyir ki, şəkər, ürək, ağciyər xəstələri və xroniki xəstəliyi olan insanların immuniteti çox aşağı olduğu üçün onlar tez yoluxurlar. İnsanlar var ki, dözümlüdür, həkimə belə müraciət etmirlər. O prosesi ev şəraitində keçirə bilirlər. Mən də evdə beş gün o prosesi keçirdim. Amma gördüm ki, vəziyyətim yaxşılaşmır. Əməkdar artist Şəfəq Əliyeva da bu virusa yoluxmuşdu və mən ona zəng etdim, gördüm ki, onun dediyi bütün simptomlar məndə var. Mənə dedi ki, özünü yubanmadan həkimə çatdır. Çünki mənim ciyərlərimdə artıq pnevmoniya yaranıb. İki gün tez müraciət etsəydim, daha yaxşı effekt ala bilərdim.

Moskvada pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatdı like
  • 03 İyn 00:37  
Dünya Moskvada pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatdı

Rusiyanın paytaxtı&Moskvada son sutka ərzində daha 61 pasiyent koronavirusda

arrow Ətraflı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı sayı 113 min artıb like
  • 03 İyn 00:10  
Dünya ÜST: Dünyada koronavirusa yoluxanların sayı sayı 113 min artıb

Dünyada COVID-19-a yoluxanların ümumi sayı 6,1 milyonu ötüb.

arrow Ətraflı
Günün qoroskopu: Aktiv olun, mühüm işləri təxirə salmayın like
  • 03 İyn 00:01  
Digərləri Günün qoroskopu: Aktiv olun, mühüm işləri təxirə salmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qazaxda top mərmisi aşkarlandı like
  • 03 İyn 00:00  
Sosial Qazaxda top mərmisi aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Az

arrow Ətraflı
Qazaxda top mərmisi aşkar olunub  FOTO like
  • 02 İyn 23:59  
Digərləri Qazaxda top mərmisi aşkar olunub FOTO

İyunun 2-si saat 15:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zən

arrow Ətraflı
Peyğəmbərimiz (s) dəstəmaz almağı kimdən öyrənmişdir? like
  • 02 İyn 23:55  
Digərləri Peyğəmbərimiz (s) dəstəmaz almağı kimdən öyrənmişdir?

Besətin ikinci günündə Cəbrayil (ə) yerə enir və Peyğəmbərə (s) dəs

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 800-ə çatıb like
  • 02 İyn 23:53  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 800-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 nəfər artaraq 800-ə çatıb.

arrow Ətraflı
İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb like
  • 02 İyn 23:52  
Dünya İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

İspaniyada yeni növ koronavirusa daha 137 nəfər yoluxub.

arrow Ətraflı
“Yasin” surəsini oxumağın gizli təsirləri like
  • 02 İyn 23:50  
Digərləri “Yasin” surəsini oxumağın gizli təsirləri

Seyr və suluk yolunun sürətlənməsində "Yasin" surəsinin çox b

arrow Ətraflı
Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi? like
  • 02 İyn 23:45  
Digərləri Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi?

Dinimizdə bütün çətin və ağır hallar üçün yüngülləşdirici güzə

arrow Ətraflı
Ömür sərmayəsi üçün ən üstün tətbiq like
  • 02 İyn 23:40  
Digərləri Ömür sərmayəsi üçün ən üstün tətbiq

Ticarətin ən mühüm, ən mənalı növlərindən biri də axirət ticarətidi

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb like
  • 02 İyn 23:36  
Digərləri Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Kamfora spirtinin 5 faydası – Oynaqlar, ürək, şişlər like
  • 02 İyn 23:35  
Digərləri Kamfora spirtinin 5 faydası – Oynaqlar, ürək, şişlər

Kamfora barədə illərdir təzadlı fikirlər deyilir. Kimi onun artıq bir iş

arrow Ətraflı
Samir Şərifov: “Dövlət borcunun idarə olunması strategiyamıza düzəlişlər edəcək” like
  • 02 İyn 23:33  
İqtisadiyyat Samir Şərifov: “Dövlət borcunun idarə olunması strategiyamıza düzəlişlər edəcək”

“Dünən Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliy

arrow Ətraflı