IX və XI siniflər üçün buraxılış imtahanları 67 iyundan başlamaqla hər həftə sonu keçiriləcək


Digərləri 02 İyn 2020 23:16:00 158 0

IX və XI siniflər üçün buraxılış imtahanları 67 iyundan başlamaqla hər həftə sonu keçiriləcək

IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.

Qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.

DİM-dən verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli DİM-in saytına yerləşdiriləcək.

Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.