Bu yerlərdə maskadan istifadə edilməlidir


Digərləri 02 İyn 2020 22:22:00 164 0

Bu yerlərdə maskadan istifadə edilməlidir

Bu gündən maska taxılmamasına görə cərimələrin tətbiqi qüvvəyə minib.

Müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, maskaların istifadəsinin məcbur olduğu yerlər aşağıdakılardır:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;