Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var FOTO


Dünya 02 İyn 2020 21:48:00 147 0

Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var  FOTO

Əfqanıstanın paytaxtı Kabildə yerləşən məscidlərdən birində güclü partlayış olub.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış terrorçu-intiharçı tərəfindən törədilib. İnsident nəticəsində məscidin imamı həlak olub, 3 nəfər isə yaralanıb.

Bildirilir ki, bütün yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Məlumata əsasən, Əfqanıstanın Daxili İşlər Nazirliyi ölən və yaralananlar haqqında məlumatı təsdiq edib.