Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var


Dünya 02 İyn 2020 21:54:06 162 0

Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə“Tolonews”telekanalı bildirib.

Telekanalın məlumatına görə, partlayış şəhərin şimalındakı məscidlərdən birində olub. Hadisə nəticəsində məscidin imamı həlak olub, daha üç nəfər yaralanıb. Yaralıların hamısı xəstəxanalara çatdırılıb.

Qeyd edilir ki, partlayıcı qurğunu kamikadze işə salıb.

Ölkənin Daxili İşlər Nazirliyi ölən və xəsarət alanlar barədə informasiyanı təsdiqləyib. Əfqan hökuməti hücumu qətiyyətlə pisləyib.