Çində koronavirus davam edir


Digərləri 02 İyn 2020 21:35:00 166 0

Çində koronavirus davam edir

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb (biri Şanxayda, biri Quandun əyalətində, biri Şensi əyalətində, ikisi isə Sıçuan əyalətində).

Ölkənin tibb müəssisələrində 73 nəfərin müalicəsi davam etdirilir.