İmam Əli (ə) ömrün qədrini bilmək barədə


Digərləri 02 İyn 2020 21:40:00 171 0

İmam Əli (ə) ömrün qədrini bilmək barədə

"Nəhcul-bəlağə"nin 83-cü xütbəsində İmam Əli (ə) bütün Allaha bəndələrinə xitab edir və ömür sərmayəsinin dəyərlərindən danışır. Həzrət (ə) buyurur: "Ey Allah bəndələri! Hal-hazırda ölüm kəndiri boynunuzdan asılmamış, ruhunuz azaddır və bədəniniz rahat - bir-birinizin yardımı ilə çətinliklərinizi həll edə bilərsiniz.

Hələ ki, möhlətiniz vardır və qərar vermək üçün fürsətiniz vardır - tövbə və qayıtmaq yolu açıqdır. Çətinlikdə, qorxu və məhv olmaqda qərar tutmazdan əvvəl və intizarda olan ölüm gəlməzdən əvvəl, Allahın qüdrətli təqdir əlinin sizi almasından əvvəl (bu dəyərli fürsətdən istifadə edin)".

İmam Əli (ə) buyurur ki, insanın əlində olan fürsətlər: ömrünün qalan hissəsi, hüzurlu ruh, cismi rahatlıq, kamal əldə etmək imkanları, qərar vermək fürsəti, tövbə etmək qabiliyyəti, günahdan qayıtmaq - bunların hər biri insan ömrünün dəyərli fürsətləridir.

Ancaq bir gün bu fürsətlər əldən gedəcək və artıq geri qayıtmayacaqdır. Bu fürsətlərə diqqət etməyənlər - qafil insanlardırlar.