Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb


Digərləri 02 İyn 2020 20:39:00 182 0

Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb

Rusiyanın Eksperimental Tibb İnstitutunun mütəxəssisləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda vaksinin ilkin sınaqları aparılır.

Qeyd olunur ki, preparat mukozal vaksin tipinə aiddir və orqanizmə ağızdan aerozol vasitəsilə daxil edilir.

Bu cür preparatda antigenlər mikrokapsulun içində yerləşir və bu, həmin hissəcikləri qida fermentlərindən qoruyur.