Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi
Sosial 02 İyn 2020 20:13:55 143 0
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.&
Vilayət Eyvazov
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
"Report"un məlumatına görə, bununla bağlıDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.
Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.
Mənbə: report.az