Avtosalona od vurdu: 13 yeni avtomobil yararsız hala düşdü


Dünya 02 İyn 2020 20:04:00 150 0

Avtosalona od vurdu: 13 yeni avtomobil yararsız hala düşdü

Rusiyanın Kurqan şəhərinin sakini avtosalonu yandırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avtosalonun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Adı hələlik istintaqa məlum olmayan şəxs özü ilə gətirdiyi benzini avtosalonda olan yeni avtomobillərin üzərinə töküb və alışqanla yandırıb.

Yanğın nəticəsində 13 avtomobil yararsız hala düşüb. Avtosalona 18 milyon rubl (444 min manat) məbləğində maddi ziyan dəyib.