ABŞ Venesuelaya sanksiyaları genişləndirdi


Dünya 02 İyn 2020 19:20:53 145 0

ABŞ Venesuelaya sanksiyaları genişləndirdi

ABŞ hökuməti Venesuelanın neft sektorunda fəaliyyət göstərdiklərinə görə dörd şirkəti və dörd gəmini sanksiya siyahısına salıb.

ABŞ hökuməti Venesuelanın neft sektorunda fəaliyyət göstərdiklərinə görə dörd şirkəti və dörd gəmini sanksiya siyahısına salıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki,Marşal Adalarında qeydiyyatdan keçmiş 3 və Yunanıstanda qeydiyyatdan keçmiş 1 şirkət, habelə onlara məxsus 4 tanker gəmisi (Panama, Malta, Baham Adaları və Marşal Adaları bayraqları ilə üzür) barəsində müvafiq şəkildə məhdudlaşdırıcı tədbirlər görülüb.